Anar: “Yazıçılar Birliyinin fəaliyyəti gücləndiriləcək”

Anar: “Yazıçılar Birliyinin fəaliyyəti gücləndiriləcək”
# 12 noyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəaliyyəti daha da gücləndiriləcək. Bu barədə APA-ya AYB-nin sədri, yazıçı Anar məlumat verib. Birliyin “Natəvan” klubunda ayda iki dəfə müxtəlif ədəbi tədbirlərin keçiriləcəyini bildirən Anar deyib ki, birlik görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi ilə bağlı kitabını çapa hazırlayıb. Birliyin yaxın günlərdə çap edəcəyi kitablardan biri də “Azərbaycanın çağdaş yazıçıları klassiklər haqqında” adlanır.

Gələn il AYB-nin yaradılmasının 75 illiyinin qeyd olunacağını deyən Anarın sözlərinə görə, bu münasibətlə fotoalbom və “Azərbaycan ədəbiyyatı tarixi” kitabı çap olunacaq.

Qeyd edək ki, AYB-nin binası əsaslı təmir olunaraq, bu günlərdə istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR