İsmayıl Şıxlının 90 illik yubileyi keçiriləcək

İsmayıl Şıxlının 90 illik yubileyi keçiriləcək
# 21 aprel 2009 10:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın 4-də xalq yazıçısı İsmayıl Şıxlının 90 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, yubiley mərasimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında gerçəkləşəcək. Mərasimdə İ. Şıxlının Dövlət Akademik Mili Dram Teatrının kollektivi tərəfindən “Ölüləri qəbirstanlıqda basdırın” tamaşası nümayiş etdiriləcək. Gecədə yazıçının həyat və yaradıcılığı barədə çıxışlar ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR