Azərbaycan Yazıçılar Birliyi “Prezident təqaüdü”nə təqdim etdiyi yazıçıların siyahısını Mədəniyyət və Turizm Nazirliyinə göndərib

Azərbaycan Yazıçılar Birliyi “Prezident təqaüdü”nə təqdim etdiyi yazıçıların siyahısını Mədəniyyət və Turizm Nazirliyinə göndərib
# 27 aprel 2009 15:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Yazıçılar Birliyi (AYB) “Prezident təqaüdü”nə təqdim etdiyi yazıçıların siyahısını Mədəniyyət və Turizm Nazirliyinə göndərib. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, siyahıya 50 yaşlı, 20 gənc yazıçının adı salınıb. Siyahıya adları salınan yazıçıların sənədləri nazirlikdə araşdırıldıqdan sonra sənədlər Prezidentin İcra Aparatına göndəriləcək. Ə. Əsgəroğlu bildirib ki, prezident təqaüdü yazıçılara ölkə prezidentinin 12 mart 2007-ci il tarixli sərəncamına əsasən verilir. Ötən ildən verilməyə başlayan təqaüdləri 70 yazıçı alıb. Qeyd edək ki, “Prezident təqaüdü” yaşlı yazarlara 300 manat, gənc yazarlara isə 200 manat məbləğində bir il müddətində verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR