Bakıda Nikolay Nosovun 100 illiyi qeyd olunub - FOTO

Bakıda Nikolay Nosovun 100 illiyi qeyd olunub - <font color=red>FOTO</font>
# 15 yanvar 2010 14:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakının 160 saylı Klassik Gimnaziyasında tanınmış sovet uşaq yazıçısı Nikolay Nosovun 100 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov və digər şəxslər iştirak edib.

Məktəbin direktoru Faina Ələkbərova məktəb haqqında danışaraq təhsil ocağında tədrisin həm dövlət dili, həm də rus dilində olduğunu deyib. O bildirib ki, rus dillində təhsil alan şagirdlərin sayına görə məktəb ölkədə birinci yerdədir. Sonra 5-ci sinif şagirdlərinin hazırladığı N. Nosovun “Neznayka ayda” tamaşası nümayiş etdirilib. Tamaşadan sonra çıxış edən səfir V. Doroxin görüşdən böyük zövq aldığını söyləyib: “Mən bu əsəri sizin yaşda olanda oxumuşdum, bir neçə il bundan əvvəl nəvəm üçün oxudum, indi isə sizin çox gözəl ifanızda seyr etdim. Siz əsl aktyorlar kimi çıxış etdiniz”. Məktəbin 8-ci sinif şagirdi Heydər Əlibəyli akvarellə çəkdiyi “Leyli və Məcnun” əsərini səfirə hədiyyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR