“Müasir Misir ədəbiyyatında qadın problemi” mövzusunda seminar keçirilib

“Müasir Misir ədəbiyyatında qadın problemi” mövzusunda seminar keçirilib
# 28 yanvar 2010 16:19 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Yanvarın 28-də Misir Mədəniyyət Mərkəzində “Müasir Misir ədəbiyyatında qadın problemi” mövzusunda seminar keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş bu seminarın Azərbaycan və Misir xalqları arasında ədəbiyyat sahəsində əlaqələrin möhkəmləndirilməsi çərçivəsində keçirildiyini, xüsusilə Azərbaycan və ərəb şeiri arasındakı böyük oxşarlıqla bağlı olduğunu bildirib.

Ayn-Şəms Universitetinin professoru Safsafi Əhməd Azərbaycan dilinin Misirdə tədrisindən söz açıb. O, ən yaxın zamanlarda Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə ediləcəyini bildirib.

Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR