Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi keçirilib

Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi keçirilib
# 28 aprel 2010 16:51 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə-APA. Bu gün Bolnisi Rayon Mədəniyyət Evində rayon icra hakimiyyətinin təşəbbüsü ilə Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən Zəlimxan Yaqub təşkilatçılara, o cümlədən Gürcüstan prezidenti Mixail Saakaşviliyə, Kvemo-Kartli qubernatoruna, Bolnisi rayon icra hakimiyyəti başçısına və məclisdə iştirak edən azərbaycanlı və gürcü ziyalılarına təşəkkürünü bildirib. Yubileydə iştirak edən gürcü xalqının nümayəndələrinə müraciət edən şair bildirib ki, ilk şeiri Bolnisi rayon qəzeti olan “Qələbə bayrağı” qəzetində çıxıb: “Mənim ilk şerim dahi gürcü şairi Şota Rustaveliyə həsr olunub. Allahın xoşbəxtliyindəndir ki, min il sonra dünyaya gələn Zəlimxan Yaquba böyük gürcü şairi Şota Rustaveli ürəkdən gürcü xeyir-duası verib. Mənim Azərbaycan xalqının oğlu və gürcü xalqının yetirməsi kimi dünyaya çıxmağımda Şota Rustavelinin də payı var”.

Tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, Kəpənəkçi orta məktəbinin direktoru Zakir Məmmədov, Bakıdan gəlmiş professor, ədəbiyyatşünas Rüstəm Kamal, Bolnisi rayon icra hakimiyyətinin başçısı İosif Laliaşvili, fəlsəfə elmləri doktoru Azər Turan və digər qonaqlar xalq şairi barədə öz ürək sözlərini deyiblər.

Yubiley tədbirində “Sarvan” folklor ansamblı və “Sioni” gürcü rəqs ansamblı çıxış edib, aşıq Orduxan Budaqov sazda xalq havalarını səsləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR