İranda Azərbaycan yazıçıları haqda kitab nəşrə hazırlanır

İranda Azərbaycan yazıçıları haqda kitab nəşrə hazırlanır
# 08 iyun 2010 09:37 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranda Azərbaycanın yazıçılarının əsərlərinin məzmunu və onların tərcümeyi-halı əks olunmuş kitab nəşrə hazırlanır. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu kitabda Azərbaycanın 10 yazıçısının fars dilinə tərcümə edilmiş əsərləri yer alıb. Kitabın tərcüməçisi Mahmud Məhdəvidir. O bundan əvvəl də Azərbaycan yazıçılarının bir çox əsərlərini, o cümlədən Əkrəm Əylisli, Sabir Əhmədli və Anar Rzayevin əsərlərini fars dilinə tərcümə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR