Yazıçılar İttifaqında moskvalı yazıçılarla görüş keçirilib - FOTOSESSİYA

Yazıçılar İttifaqında moskvalı yazıçılarla görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 avqust 2010 12:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Yazıçılar İttifaqında moskvalı yazıçılarla görüş keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan və Moskva yazıçıları birgə layihələri müzakirə ediblər və ədəbi əlaqələrin inkişaf perspektivləri haqda fikir mübadiləsi aparıblar.

Moskva Yazıçılar İttifaqının katibi Lola Zvonaryova Azərbaycan şairlərinin əsərlərinin tez-tez Moskva jurnallarında çap olunduğunu, “Literaturnoye znakomstvo” jurnalının xüsusi buraxılışlarından birinin müasir Azərbaycan ədəbiyyatına həsr ediləcəyini söyləyib: “Ümid edirəm ki, bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcı olacaq”.

Azərbaycan Yazıçılar İttifaqının sədri Anar da çıxışında əməkdaşlığın inkişafına ümidini ifadə edib. O, qonaqlara Azərbaycan Poeziyası Antalogiyası hədiyyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR