Azərbaycan və İsveç kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanacaq

Azərbaycan və İsveç kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanacaq
# 19 avqust 2010 08:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və İsveçin Qottenberq şəhər kitabxanası əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, iki kitabxana arasında əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulur. Artıq hər iki kitabxana rəhbərliyi arasında memorandumun hazırlanması barədə razılıq əldə edilib.
Bununla yanaşı, İsveçin Qottenberq şəhər kitabxanasında “Azərbaycan guşəsi” yaradılacaq. Bu məqsədlə kitabxanaya Azərbaycandan kitab və elektron nəşrlərin göndərilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR