Natiq Rəsulzadənin “Ev” və “Oxunan fikirlər” kitablarının təqdimatı keçirilib

Natiq Rəsulzadənin “Ev” və “Oxunan fikirlər” kitablarının təqdimatı keçirilib
# 17 yanvar 2011 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli yazıçı Natiq Rəsulzadənin “Ev” və “Oxunan fikirlər” kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, “Ev” kitabının redaktoru Aleksandr Popovdur. Hər iki kitabda müəllifin povest və hekayələri yer alıb. Təqdimat mərasimində çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar Natiq Rəsulzadənin yaradıcılığına hörmət etdiyini deyib. O bildirib ki, tədbirdə çoxsaylı qurumların rəhbərlərinin iştirak etməsi Natiq Rəsulzadənin uğurudur. Tədbirdə AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, xalq artistiləri Fuad Poladov, Həmidə Ömərova və başqaları iştirak ediblər. Tədbir əsnasında hər iki kitabın satışı da həyata keçirilib.

Qeyd edək ki, Natiq Rəsulzadə tanınmış yazıçı, kinodramaturq, 30-a yaxın kitabın, çoxsaylı povest və hekayələrin müəllifidir. Bakı, Moskva, Macarıstan, Bolqarıstan, Çexoslavakiyada çap olunub. Onun əsərləri əsasında 15 film çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR