Xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib

Xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib
# 18 yanvar 2011 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib. AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Pen-Klub”un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və “Pen-Klub”un İdarə Heyətinə müraciət edib. O, yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək “Pen-Klub”un prezidenti vəzifəsindən azad olunmasını istəyib.

Maqsud İbrahimbəyovun xahişi nəzərə alınıb. Uzun illər “Pen-Klub”un vitse-prezidenti vəzifəsini daşıyan Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR