Kamal Abdullanın Sankt-Peterburqda nəşr edilmiş “Sehrbazlar dərəsi” romanının təqdimatı keçirilib

Kamal Abdullanın Sankt-Peterburqda nəşr edilmiş “Sehrbazlar dərəsi” romanının təqdimatı keçirilib
# 25 yanvar 2011 12:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın Sankt-Peterburqun “Zlatoust” nəşriyyatında çap olunmuş “Sehrbazlar dərəsi” (“Dolina Kudesnikov”) romanının təqdimatı keçirilib. APA-nın məlumatına görə, əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrovadır. Tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar geniş ictimaiyyətə təqdim olunan romanın rus dili versiyasının böyük marağa səbəb olacağına inandığını vurğulayıb. Tədbirdə AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və digərləri yazarı yeni təqdimat münasibəti ilə təbrik ediblər.
Təqdimatı mərasimində “Zlatoust ” nəşriyyatının təsisçisi Stanislav Nikolayeviç Qolubev və baş redaktoru Anna Qolubeva iştirak ediblər. Onlar Kamal Abdullanın sözügedən kitabı ilə bağlı düşüncələrini də tədbir iştirakçıları ilə bölüşüblər.
Kamal Abdulla bildirib ki, “Sehrbazlar dərəsi” rus dilinə tərcüməsi 1000 tirajla nəşr olunub.
Əsər 2008-ci ildə Türkiyədə “Avrupa Yakası Yayınları” nəşriyyat evində də çap olunub və Türkiyə oxucusunun rəğbətini qazanıb. Yazıçının bu romanı fəlsəfi pritça janrında qələmə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR