Zəlimxan Yaqubun “Biz niyə sevməyək bir-birimizi” kitabının və audio-diskinin təqdimatı keçirilib

Zəlimxan Yaqubun “Biz niyə sevməyək bir-birimizi” kitabının və audio-diskinin təqdimatı keçirilib
# 20 iyul 2011 07:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun “Çaşıoğlu” mətbəəsində nəşr olunan “Biz niyə sevməyək bir-birimizi” kitabı və kitaba əlavə kimi hazırlanıb daxil edilən mahnının audio-diskinin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, sözlərin müəllifi Zəlimxan Yaqub, bəstəkarı Sevda Məmmədli olan audio-diskdə yer alan mahnının ifaçısı əməkdar artist İlqar Muradovdur. Tədbirdə həmçinin “Yavaş- yavaş” mp3 audio diski də təqdim olunub. Bu audio-disk Regionların İnkişafı İctimai Birliyi və “SS Production” şirkəti tərəfindən birgə ərsəyə gətirilib. İlqar Muradovun ifasında bu diskə 65 mahnı daxil edilib. Diskdə olan mahnıların bəziləri isə ilk dəfə olaraq səsləndirilib.

Tədbirin aparıcısı Nərgiz Cəlilova bu layihənin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qonaqlar arasında olan əməkdar artist Ağalar Bayramov Zəlimxan Yaqubun müəllifi olduğu şeiri səsləndirərək xalq şairini təbrik edib.

Təqdimatda Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, bəstəkar Vaqif Gərayzadə və başqaları da iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR