Nizami Gəncəvinin “Xəmsə”si Heydər Əliyev Fondu tərəfindən yenidən nəşr olunacaq

Nizami Gəncəvinin “Xəmsə”si Heydər Əliyev Fondu tərəfindən yenidən nəşr olunacaq
# 17 noyabr 2011 12:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870-ci ildönümü münasibətilə şairin “Xəmsə”si nəfis tərtibatla yenidən nəşr olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fondun nəşrə təqdim etdiyi “Xəmsə”yə daxil olan poemalardan ikisi - “Sirlər Xəzinəsi” və “Xosrov və Şirin” poemaları AMEA Gəncə Regional Elmi Mərkəzinin (GREM) Nizamişünaslıq şöbəsinin müdiri Xəlil Yusifli tərəfindən yenidən tərcümə edilib.

Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən AMEA GREM-in direktor müavini Samir Pişnamazzadənin “Nizami məqbərəsinin tarixi və taleyi” adlı monoqrafiyası da nəşr olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR