Macarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri”nin təqdimatı keçirilib - FOTO

Macarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri”nin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 25 noyabr 2011 12:06 (UTC +04:00)
Bakı – APA. Noyabrın 23-də Macarıstan Elmlər Akademiyasının kitabxanasında Azərbaycanın Macarıstandakı səfirliyinin və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə səyi ilə nəşr olunmuş Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri”nin təqdimat mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimi giriş sözü ilə səfir Vilayət Quliyev açıb.

Kitabın tərtibçisi və müqəddimə müəllifi, NDU-nun rektoru, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsi, böyük yazıçının dünya ədəbiyyatındakı yeri və əsərlərinin əhəmiyyəti barəsində danışıb. Hekayələri orijinaldan macar dilinə tərcümə edən Budapeştdəki ELTE Universitetinin müəllimi, azərbaycanşünas alim Mariya Keneşi kitab üzərindəki işi və Cəlil Məmmədquluzadə irsinin müasir macar həyatı ilə səsləşən cəhətlərindən danışıb. Görkəmli türkoloq-alim, akademik Georq Xazai tarixən türk dünyası ilə Macarıstanın ortaq dəyərlərinin mövcud olduğunu və böyük Azərbaycan yazıçısının macar dilində çıxan kitabının da artıq həmin dəyərlərdən birinə çevrildiyini bildirib.

Təqdimat mərasimində macar alimləri, türkoloqlar, eləcə də Budapeştdə olan Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Gövhər Baxşəliyeva və Mübariz Qurbanlı iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR