“Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçinlə müsahibəsi)” kitabının təqdimatı keçirilib

“Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçinlə müsahibəsi)” kitabının təqdimatı keçirilib
# 06 iyun 2012 10:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçinlə müsahibəsi)” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, yazıçı-jurnalist Yaşarın müəllifi olduğu kitabda dünya və Azərbaycan ədəbiyyatı, o cümlədən Elçin yaradıcılığına xüsusi yer ayrılıb. Nəşr Elçinin müsahibəsi üzərində qurulub. Kitabda xalq yazıçısının fikir və mülahizələri geniş şəkildə oxucuya çatdırılıb.

Təqdimat mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Teymur Kərimli və filologiya elmləri doktoru Şirindil Alışarov Elçin yaradıcılığı, onun dünyagörüşü haqda danışıblar. Digər natiqlər də xalq yazıçısının ədəbi mühitin inkişafında göstərdiyi xidmətlərə diqqət yönəldiblər.

Mərasimin sonunda xalq yazıçısı Elçin kitabın müəllifinə və oxucularına öz təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR