Anarın “Dədə Qorqud” povesti Moskvada üçüncü dəfə nəşr edilib

Anarın “Dədə Qorqud” povesti Moskvada üçüncü dəfə nəşr edilib
# 07 iyun 2012 14:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Anarın “Dədə Qorqud” povesti Moskvada Mərcanı nəşriyyat evi tərəfindən nəşr edilib. Azərbaycan Yazıçıları Birliyinin (AYB) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitaba xalq rəssamı Toğrul Nərimanbəyov yeni tərtibat verib.

Nəşrə mərhum türkoloq, filoloji elmlər doktoru Xalıq Koroğlunun vaxtilə yazdığı mətn öz sözü kimi verilib.

Kitaba D. D. Vasilyevin və T. A. Anıkıyevanın həm “Kitabı Dədəm Qorqud” dastanı, həm də Anarın povesti ilə bağlı mülahizələri və şərhləri əlavə edilib.

Bu, Anarın “Dədə Qorqud povestinin Moskvada üçüncü nəşridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR