Tanınmış yazıçı-publisist Şamo Arif vəfat edib - FOTO

Tanınmış yazıçı-publisist Şamo Arif vəfat edib  - <font color=red>FOTO</font>
# 17 iyun 2012 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, Ş. Arif iyunun 16-da 76 yaşında dünyasını dəyişib. O, iyunun 17-də Bakıda dəfn olunub.

Şamo Arif 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. O, geologiya və mineralogiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışan alim, ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb.

İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib.

Sonuncu romanı "Qınamayın məni" olub.

Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələrlə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR