Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib
# 22 iyun 2012 13:01 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. AMEA-dan APA-ya verilən məlumata görə, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qonağa muzeyin tarixi, H.Cavidin həyat və yaradıcılığı, Cavidlər ailəsinin taleyi haqqında ətraflı məlumat verib.
Seyid Əhməd Arslan bu yaxınlarda Türkiyənin Yalova adasında türk yazarlarının muzeyinin açılacağını, burada tanınmış Azərbaycan sənətkarları - Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmmədhüseyn Şəhriyarın guşələrinin olacağını bildirib. Türkiyə nümayəndə heyəti guşənin yaradılması üçün AMEA Hüseyn Cavidin Ev Muzeyinə müraciət etmək niyyətindədir. Müşavir Türkiyə səfirliyinin muzeylə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
Sonda qonağa H.Cavidin “Seçmə aforizmlər” kitabı və muzeyin hazırladığı təqvim hədiyyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR