Yalovada Türk yazarları muzeyində Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmmədhüseyn Şəhriyarın guşəsi yaradılacaq

Yalovada Türk yazarları muzeyində Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmmədhüseyn Şəhriyarın guşəsi yaradılacaq
# 25 iyun 2012 13:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Hüseyn Cavidin anadan olmasının 130 illik yubiley ili çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtma Müşaviri Seyit Ahmet Arslan AMEA-nın Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. APA-nın məlumatına görə, qonaqlar Hüseyn Cavidin Ev Muzeyinin tarixi, H. Cavidin həyat və yaradıcılığı ilə tanış olublar, cavidlər ailəsinin taleləri haqqında onlara ətraflı məlumat verilib.

Müşavir bildirib ki, Türkiyənin Cümhuriyyətinin Yalova şəhərində bu yaxınlarda Türk yazarlarının muzeyi yaradılacaq. Həmin muzeydə Azərbaycandan Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmmədhüseyn Şəhriyarın guşəsi də yaradılacaq. Müşavir deyib ki, Türkiyədən nümayəndə heyəti guşənin yaradılması üçün Hüseyn Cavidin Ev Muzeyinə müraciət etmək niyyətindədirlər.

Muzeyin direktoru Gülbəniz Babaxanlı bu niyyəti alqışlayıb, guşənin yaradılmasında köməklik göstəriləcəyini, muzeylə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR