Vaqif Səmədoğlu haqqında kitabın təqdimatı keçirilib

Vaqif Səmədoğlu haqqında kitabın təqdimatı keçirilib
# 27 iyun 2012 16:48 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Tanınmış şair-dramaturq və ictimai xadim Vaqif Səmədoğlu haqqında rus dilində nəşr olunan “Posle menya ostanetsya more” (“Məndən sonra dəniz qalacaq”) adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə yazıçılar, şairlər və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Təqdimatda çıxış edən V. Səmədoğlu onun haqqında nəşr olunan kitaba yüksək qiymət verib. O, kitabın müəllifi Şövkət Kərəmova və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Yazıçılar Birliyinin sədri Anar da kitabı yüksək qiymətləndirib: “Bu, çox qiymətli kitabdır. Çünki bu əsər ilk dəfə olaraq yaşayan şair barəsində xatirələrdən bəhs edir”.

Digər tədbir iştirakçıları da V. Səmədoğlunun yaradıcılığı haqqında xoş fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR