Xalq şairi Rəsul Rzanın xatirəsi anılacaq

Xalq şairi Rəsul Rzanın xatirəsi anılacaq
# 08 may 2007 09:16 (UTC +04:00)
Xalq şairi Rəsul Rzanın anadan olmasının 97-ci ildönümü qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq şairinin xatirəsi mayın 18-də anılacaq. Həmin gün saat 13:00-da ədəbi ictimaiyyət öncə Rəsul Rzanın Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, saat 14:00-da ilin ədəbi uğurlarına görə yazarlara Rəsul Rza mükafatları təqdim olunacaq. Qeyd edək ki, Rəsul Rza mükafatının təqdimatı hər il şairin doğum günü olan mayın 19-da keçirilir. Bu il həmin gün şənbəyə təsadüf etdiyindən, təqdimat mərasimi bir gün öncə keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR