Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi simpozium keçiriləcək

Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi simpozium keçiriləcək
# 16 iyul 2007 10:30 (UTC +04:00)
Bakıda Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi simpozium keçiriləcək. Bu barədə APA-ya Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. Məlumata görə, simpozium 3 gün davam edəcək. Azərbaycanın elm və ədəbiyyat xadimləri ilə yanaşı, simpoziumda İran, Türkiyə, Rusiya alimləri də iştirak edəcək, onların məruzələri dinləniləcək. Artıq toplanan məruzələr kitab şəklində çap olunacaq və simpozium iştirakçılarına təqdim olunacaq. Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş bu elmi simpoziumun sentyabrda keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR