“Harri Potter” seriyasından növbəti yeddinci kitab iyulun 21-də satışa çıxarılacaq
18 iyul 2007 09:45 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, “Harri Potter və Məşum Güclər” adlanan yeni kitab sehrbaz oğlan haqqında sayca yeddinci əsərdir. ABŞ_da keçirilən sorğunun nəticələrinə görə, bu kitabı oxumaq arzusunda olan amerikalıların 20 faizi qəhrəmanın öləcəyini, 47 faizi isə Harri Potterin bu imtahandan da cəsarətlə çıxacağını düşünür. Amerikalıların 51 faizi hesab edir ki, yeni kitab Harri Potter seriyasından sonuncu əsər olmayacaq. Respondentlərin yalnız 12 faizi Coanna Roulinqin “Harri Potter və Məşum Güclər” kitabı ilə sehrbaz oğlan seriyasına son qoyacağını iddia edir. Harri Potter seriyasından yeni kitab hələ rəsmən satışa çıxarılmasa da, qara bazarda əsərin pirat nüsxələri peyda olub. Amerikalıların 78 faizi pirat nüsxələri almaq niyyətində olmadıqlarını, 17 faizi kitaba 100 dollardan çox pul verməyə, 3 faizi isə sehrbaz oğlan haqqında yeni kitabı tezliklə oxumaq üçün böyük məbləğdə puldan keçməyə hazır olduqlarını bildiriblər. Harri Potter haqqında kitablar uşaqlar və yeniyetmələr arasında daha populyar olsa da, yaşlı amerikalıların 30 faizi həmin kitablardan heç olmasa birini oxuyub. /APA/
Ədəbiyyat
54 yaşlı cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel”in sahibi olub
15:02
10 oktyabr 2024
Avstriya əsilli ABŞ yazıçısı vəfat edib
16:19
8 oktyabr 2024
Ədəbiyyat üzrə “Nobel”in favorit namizədləri məlum olub
15:23
8 oktyabr 2024
Cəbrayılda itən yaylıq – Zahidi dünyaya gətirən mələyi kim gördü? - REPORTAJ
15:02
5 oktyabr 2024