“Ədəbiyyat” qəzeti ilə Türkiyədə nəşr edilən “Kardeş kalemlər” dərgisi arasında birgə əməkdaşlığa dair razılaşma əldə olunub

“Ədəbiyyat” qəzeti ilə Türkiyədə nəşr edilən “Kardeş kalemlər” dərgisi arasında birgə əməkdaşlığa dair razılaşma əldə olunub
# 23 iyul 2007 13:27 (UTC +04:00)
“Ədəbiyyat” qəzeti ilə Türkiyədə nəşr edilən “Kardeş kalemlər” dərgisi arasında birgə əməkdaşlığa dair razılaşma əldə olunub. Bu barədə APA-ya “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı məlumat verib. Onun sözlərinə görə, əməkdaşlığa dair razılaşma Avrasiya Yazarlar Birliyinin sədri və “Kardeş Kalemlər” dərgisinin sahibi Yaqub Dəliöməroğlu ilə “Ədəbiyyat” qəzetinin redaksiyasında görüş zamanı əldə olunub. Razılaşmaya əsasən, hər iki mətbu orqanda türk ədəbiyyatı, mədəniyyəti ilə bağlı çap olunmuş materiallar mübadilə olunacaq. Qeyd edək ki, Avrasiya Yazarlar Birliyinin orqanı olan Kardeş kalemlər dərgisi ayda bir dəfə Ali Akbaşın baş redaktorluğu ilə çapdan çıxır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR