Avrasiya Yazarlar Birliyinin sədri Azərbaycan Yazıçılar Birliyinin qonağı olub

Avrasiya Yazarlar Birliyinin sədri Azərbaycan Yazıçılar Birliyinin qonağı olub
# 23 iyul 2007 14:20 (UTC +04:00)
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu bu gün Azərbaycan Yazıçılar Birliyinin qonağı olub. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlunun APA-ya bildirdiyinə görə, görüşdə birgə əməkdaşlıq layihələri müzakirə olunub. Qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qəbul edib. Görüş zamanı nəzərdə tutulan birgə layihələrdən söz açılıb. Birgə əməkdaşlığın təməli kimi Elazığda Azərbaycanın tanınmış şairi Almas İldırımın 100 illiyini təntənə ilə qeyd olunduğunu bildirən Y. Dəliöməroğlu növbəti belə bir tədbirin adını açıqlayıb: “2008-ci ildə görkəmli alim Mahmud Kaşğarinin anadan olmasının 1000 illiyini də birlikdə keçirmək barədə razılığa gəldik”. Bundan əlavə, Azərbaycan və Türkiyə yazarlarını daha bir layihə birləşdirəcək: “Türkiyədə “Kardeş Kalemlər”, Azərbaycanda “Azərbaycan”, İranda “Varlıq”, Krımda “Ulduz” jurnalları - bu sıraya başqa jurnallar da qatıla bilər - müştərək bir jurnal sayı hazırlayacaq və bu xüsusi nümunəni hər jurnal özünün növbəti sayı kimi oxucularına təqdim edəcək”. Qeyd edək ki, “Kardeş kalemlər” dərgisi Türkiyədə bir “Azərbaycan ədəbiyyatı” sayı, “Azərbaycan” jurnalı da “Türkiyə ədəbiyyatı” nömrəsini çap etdirəcək. Azərbaycan ədəbiyyatının materiallarını Azərbaycan Yazıçılar Birliyi, Türkiyə ədəbiyyatının yazılarını isə Avrasiya Yazarlar Birliyi təqdim edəcək. Layihə ilə bağlı geniş məlumat hər iki jurnalın 2008-ci il aprel sayında oxuculara təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR