Şah İsmayıl Xətainin nəvəsi İbrahim Mirzənin ana dilində şeirləri tapılıb

Şah İsmayıl Xətainin nəvəsi İbrahim Mirzənin ana dilində şeirləri tapılıb
# 24 iyul 2007 12:08 (UTC +04:00)
Şah İsmayıl Xətainin nəvəsi, “Cahi” təxəllüsü ilə şeirlər yazan şahzadə İbrahim Mirzənin Azərbaycan türkcəsində yazdığı şeirləri tapılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Onun bildirdiyinə görə, vaxtilə akademik Həmid Araslı Şah İsmayıl Xətainin davamçısı olan nəvəsinin anadilli yaradıcılığı ilə bağlı məlumat versə də, İbrahim Mirzənin şeirlərini aşkar etmək mümkün olmayıb. Paşa Əlioğlunun xahişi ilə Tehranın Saray kitabxanasında tədqiqat aparan almaniyalı tədqiqatçı Məhəmmədəli Hüseyni uzun illərdən sonra bu tarixi faktı əldə edib. İbrahim Mirzənin divanını aşkar edən tədqiqatçı şeirlərin surətini Bakıya göndərib. 1581-ci ildə köçürülmüş əlyazmada şairin farsca şeirləri ilə yanaşı, Azərbaycan türkcəsində yazdığı 27 gəraylı da yer alıb. Bu gəraylıların dili çox aydın və sadədir. Qeyd edək ki, İbrahim Mirzə Bəhram Mirzənin oğludur. Dövrünün savadlı adamlarından biri olan İbrahim Mirzənin adı Xorasanın hakimi kimi tarixə düşüb və 1576-cı ildə II Şah İsmayıl tərəfindən hakimiyyətə varis olan digər şahzadələrlə bərabər edam olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR