Almas İldırım, Osman Sarıvəlli, Süleyman Rüstəm, Məmməd Rahim və Mirmehdi Seyidzadənin xatirəsinə həsr olunmuş kitablar nəşr olunacaq

Almas İldırım, Osman Sarıvəlli, Süleyman Rüstəm, Məmməd Rahim və Mirmehdi Seyidzadənin xatirəsinə həsr olunmuş kitablar nəşr olunacaq
# 25 iyul 2007 09:17 (UTC +04:00)
“Yüzilliklər” silsiləsindən Almas İldırım, Osman Sarıvəlli, Süleyman Rüstəm, Məmməd Rahim və Mirmehdi Seyidzadənin xatirəsinə həsr olunmuş kitablar nəşr olunacaq. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin “İrs” komissiyasının sədri Sona Xəyal məlumat verib. Onun sözlərinə görə, Almas İldırımın xatirəsinə həsr olunmuş kitab artıq hazırdır, yaxın günlərdə işıq üzü görəcək. Bu kitab Almas İldırımın Bakıda keçiriləcək yubiley tədbirində iştirakçılara təqdim olunacaq. 100 yaşlı digər şairlər haqqında xatirələr də toplanır. İlin sonuna kimi “Yüzilliklər” silsiləsindən daha bir neçə kitabın çapı nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR