“Birlikdə yaşamaq sənəti və Mövlanə” mövzusunda şeir, hekayə və elmi məqalə müsabiqəsi keçiriləcək

“Birlikdə yaşamaq sənəti və Mövlanə” mövzusunda şeir, hekayə və elmi məqalə müsabiqəsi keçiriləcək
# 25 iyul 2007 09:51 (UTC +04:00)
“Birlikdə yaşamaq sənəti və Mövlanə” mövzusunda şeir, hekayə və elmi məqalə müsabiqəsi keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib. Məlum olduğu kimi, 2007-ci il UNESCO tərəfindən görkəmli türk mütəfəkkiri və şairi Mövlanə Cəlaləddin Rumi ili elan edilib. Bu münasibətlə və Ruminin anadan olmasının 800 illiyinə həsr olunmuş müsabiqənin qalibləri pul və qiymətli hədiyyə ilə mükafatlanacaq. Müsabiqə komissiyasının bəyəndiyi əsərlər Konya Şəhər Bələdiyyəsi tərəfindən kitab şəklində nəşr olunacaq. Müsabiqə üçün əsərlər bu ilin oktyabr ayına kimi toplanacaq. Bu ilin oktyabrın 22-də keçiriləcək “Azərbaycanda Mövlanə həftəsinin açılış günü”ndə qaliblərə mükafatlar təqdim ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR