Nəriman Nərimanovun həyatının Həştərxan dövrünə aid sənədlərin surəti Bakıya gətirilib

Nəriman Nərimanovun həyatının Həştərxan dövrünə aid sənədlərin surəti Bakıya gətirilib
# 27 iyul 2007 14:07 (UTC +04:00)
Nəriman Nərimanovun həyatının Həştərxan dövrünə aid Həştərxan Dövlət Arxivində saxlanılan sənədlərin surəti Bakıya gətirilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Onun bildirdiyinə görə, sənədlərin surətini Əlyazmalar İnstitutunun arxivinə filologiya elmləri namizədi Əmir Qasımlı təqdim edib. Bu sənədlərə Nəriman Nərimanovun partiya xidməti, həkim kimi fəaliyyəti və tatar teatrının açılmasındakı rolunu əks etdirən materiallar, “Şurayi-İslam” təşkilatının üzvü kimi çıxışları, eləcə də müxtəlif mətbu orqanlardakı məqalələri, fotoşəkilləri və N.Nərimanovla bağlı Həştərxan Polis İdarəsinin arxiv məlumatları daxildir. Azərbaycan tədqiqatçıları üçün N. Nərimanovun həyatının mühüm mərhələsini əks etdirən bu sənədlər yeni olduğundan, hərtərəfli araşdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR