Asif Ata haqqında yazılan yeni kitabın təqdimatı keçirilib

Asif Ata haqqında yazılan yeni kitabın təqdimatı keçirilib
# 22 sentyabr 2007 13:09 (UTC +04:00)
Bu gün Kitab Klubunun Sərgi Salonunda Asif Ata haqqında yazılan “Ata səcdəsində” kitabının təqdimat mərasimi keçirilib. Safruhun (Atalı) müəllifliyi ilə çap olunan kitab “Günəş” nəşriyyatında işıq üzü görüb.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən klubun direktoru Elxan Rzayev bildirib ki, müəllifin bu mövzuda ilk kitabı 2003-cü ildə “Başlanğıc” adı altında nəşr olunub. Bu kitabda İnam Atanın Yurdumuzda ilk orijinal bir Ruhaniyyat Ocağı yaratmasının gedişi, onun uğurları, qarşısına çıxan çətinlik və maneələr əks olunub: “Maraqlı cəhət budur ki, kitab Ocağın ən çox yasaqlandığı 198490-cı illərdə Asif Ata ilə Safruhun canlı, gündəlik yazışmalarından əmələ gəlib. Bunlar adi yazışmalar deyil, qismən üz-üzə oturmaqla aparılan yazı ilə söhbətlərdən, qismən də hərənin öz ünvanında yazıb, görüş zamanı aparılmış yazı mübadiləsindən ibarətdir. Yazışmalarda xalqda özünü tanıtmaq, onu fəallaşdırmaq, Azərbaycanın bənzərsizliyi, bütövlüyü, müstəqilliyi, dövlətçiliyi, ideologiyası, insan mənəviyyatını aşınmalardan qorumaq yolları Asif Atanın Mütləqə İnam İnsanlaşma fəlsəfəsi baxımından araşdırılır”.
Kitabın I əlavəsi Asif Atanın Öz Ocağının Övladı Safruha yönəlik Ruhani sənədlərindən, buyuruq və hökmlərindən ibarətdir. Bunlarda Atanın Öz Yolunu necə yaratması, Öz Ocağını necə qurması, Ocaq Övladlarını necə tərbiyə edib ruhani döyüşçüyə çevirməsi əks olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR