Azərbaycanda “Almas İldırım günləri” başlayıb

Azərbaycanda “Almas İldırım günləri” başlayıb
# 26 sentyabr 2007 16:10 (UTC +04:00)
Almas İldırımın ailə üzvləri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Yazıçılar Birliyinin sədri Anar, digər elm və mədəniyyət xadimləri mərhum prezident Heydər Əliyev və akademik Zərifə Əliyevanın, həmçinin Fəxri Xiyabanda əbədi torpağa tapşırılan ədəbiyyat xadimlərinin məzarlarını ziyarət ediblər. Şəhidlər Xiyabanını ziyarət edən nümayəndələr Azadlıq meydanı və Milli Parkla da tanış olublar. Elazığda Almas İldırımın adını qoyduğu Xəzərin anası olan Xəzər dənizinə tamaşa ediblər. Nümayəndələri bu gün təhsil naziri Misir Mərdanov qəbul edib. Bu görüşdən çox kövrəldiyini bildirən təhsil naziri Almas İldırımın adının ölkəmizdə qürurla çəkildiyini və bu gün Azərbaycanla Türkiyənin təhsil sistemi arasında sıx əlaqələrin olduğunu vurğulayıb. Elazığ valisi M. Muşmal çıxışında qarşılıqlı əməkdaşlığın zəruriliyindən söz açaraq, Elazığla Bakının təhsil müəssislərinin qardaşlaşması təklifini irəli sürüb. Qeyd edək ki, bu gün şairin doğulduğu Bakının Qala kəndində poeziya axşamı və konsert proqramı keçiriləcək. /APA/











#
#

ƏMƏLİYYAT İCRA OLUNUR