Elazığ vilayətinin bir qrup ədəbiyyat xadimi Azərbaycana gələcək

Elazığ vilayətinin bir qrup ədəbiyyat xadimi Azərbaycana gələcək
# 28 sentyabr 2007 14:12 (UTC +04:00)
2008-ci ilin may ayında Türkiyənin Elazığ vilayətinin bir qrup ədəbiyyat xadimi Azərbaycana gələcək. Bu barədə APA-ya hazırda Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvü, Elazığda ənənəvi olaraq keçirilən “Xəzər şeir axşamları”nın koordinatoru Şənel Bulud məlumat verib. O bildirib ki, Elazığda hər kəs Almas İldırımın doğulduğu ölkəni, onun ata-baba yurdunu gözləri ilə görmək, şairin şeirlərində bəhs etdiyi Xəzər dənizinə məhz Bakıda tamaşa eləmək istəyir: “Bizə Almas İldırımın 100 illik yubiley tədbirlərində iştirak etmək nəsib oldu. Almas İldırımın gəzdiyi, uğrunda mübarizə apardığı şəhərini, ölkəsini gördük. Bu dəfə sıra digər həmkarlarımızın olacaq”. Elazığlı şair və yazıçıların ölkəmizə gələn il gözlənilən səfəri may ayının ilk günlərinə təsadüf edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR