“Poeziya günü” toplusunun ilk nəşri Novruz bayramı ərəfəsində çap olunacaq

“Poeziya günü” toplusunun ilk nəşri Novruz bayramı ərəfəsində çap olunacaq
# 13 mart 2008 13:45 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən “Poeziya günü” toplusunun ilk nəşri çapa hazırlanır. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında hazırlanan bu toplunun hər il Novruz Bayramı ərəfəsində nəşri nəzərdə tutulub. Topluda Azərbaycanın bütün bölgələrində yaşayan və müxtəlif yaşda olan şairlərin fərqli üslubda şeirləri yer alıb. Nəşrin baş redaktoru Fikrət Qoca, redaktoru və tərtibçisi Maarif Soltandır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR