GUAM ölkələri yazıçılarının xalq yazıçısı Anarla görüşü keçirilib

GUAM ölkələri yazıçılarının xalq yazıçısı Anarla görüşü keçirilib
# 02 iyun 2008 10:18 (UTC +04:00)
Bakı. Ülkər Q asımova-APA. İyunun 1-də GUAM ölkələrinin gənc yazıçılarının Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, gənc yazarlar bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüblər. Görüşdə çıxış edən layihənin koordinatoru Səlim Babullaoğlu gənc yazıçılarının səfərinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun birgə layihəsi əsasında təşkil olunduğunu deyib. Onun sözlərinə görə, yazıçılar səfər çərçivəsind mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşəcəklər: “İyunun 3-də isə yazıçıların məruzələri dinləniləcək və PİNGUAM adlı qurumun yaradılması təklifi irəli sürüləcək. Bu qurum GUAM ölkələri yazıçılarını koordinasiya edəcək bir struktur olacaq. Bu cür tədbirlərin keçirilməsi hər bir GUAM-a üzv ölkə üçün əhəmiyyətlidir. Bu layihə çərçivəsində Bakıda ilk dəfə olaraq GUAM ölkələrinin yazıçılarının əsərlərindən ibarət antologiya nəşr olunub. Həmin antologiyada 4 moldov, 9 ukraynalı, 6 gürcü yazıçısının əsrələri yer alılb”. S. Babullaoğlu gürcü şairi Şota İataşvilinin müəllifliyi ilə Gürcütsanda “Azərbaycan poeziyası əsrlərin çəkişməsində” antologiyasının çap olunduğunu vurğulayıb. Ukrayna-Azərbaycan Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi yolunda bir sıra layihələrin həyata keçiriləciyini deyib. Görüşdə çıxış edən AYB sədri Anar gənc yazarlara işlərində uğurlar arzulayıb. Tədbirdə bir neçə yazıçı Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul olunub. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ukraynalı şair Sergey Qrabar, yazıçılar Pert Kralik, gürcü şairi Şota İataşvili, moldov yazıçısı Vladimir Lorçenkov və başqaları daxildir. İyunun 5-dək davam edəcək səfər zamanı Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında GUAM ölkələri yazıçılarının iştirakı ilə Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan poeziyası günlərinin keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR