Şəkidə 44 yaşlı qadın intihara cəhd edib

Şəkidə 44 yaşlı qadın intihara cəhd edib
# 05 oktyabr 2015 10:17 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 44 yaşlı qadın intihara cəhd edib. 
 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Büllur Valeh qızı Lətifova sol qolunun bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı B. Lətifova bildirib ki, intihar etmək məqsədi ilə özü-özünə xəsarət yetirib. O, intihar etməsinə səbəb kimi bir neçə il əvvəl Şəki şəhərində İlqar adlı şəxsin evində xadimə işlədiyi zaman evdən 200 min manat məbləğində pulun oğurlanmasında həmin şəxsin məhz onu ittiham etməsini göstərib. B. Lətifovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 
 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR