Fərid Şəfiyevin Rusiya-Sovet məskunlaşdırma siyasətindən bəhs edən kitabı nəşr olunub

“Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə”

© APA | “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə”

# 20 dekabr 2021 14:27 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” adlı kitabı nəşr olunub.

Mərkəzdən APA-ya verilən məlumata görə, kitabda Çar Rusiyası və Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirilən köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə edilən sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası müvafiq fəsillər üzrə nəzərdən keçirilir.

Kitab tarixçilər, siyasətçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın tezliklə geniş ictimaiyyət üçün təqdimatı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR