Qurban Yetirmişli: “İmişlidə xırda təkanların olması normaldır”

Qurban Yetirmişli: “İmişlidə xırda təkanların olması normaldır”
# 10 avqust 2016 13:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Avqustun əvvəllərində İmişlidə baş vermiş zəlzələdən sonra güclü parçalanma baş verib. Bu cür güclü parçalanmadan sonra həmişə xırda təkanlar olur. Ona görə də İmişlidə xırda təkanların baş verməsi normaldır”. Bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Baş direktor qeyd edib ki, güclü zəlzələnin baş verməsi gözlənilmir: “Ümumilikdə vəziyyətlə bağlı qorxulu heç nə yoxdur. Enerji tam boşalana kimi İmişlidə arabir xırda-xırda təkanlar baş verəcək”.

Qeyd edək ki, bu gün İmişlidə zəlzələ olub. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, avqustun 1-də İmişlidə ard-arda 3-cü dəfə zəlzələ baş verib. Zəlzələ yaşayış məntəqələrində hiss olunub, bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR