“Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi çapdan çıxıb

“Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi çapdan çıxıb
# 18 mart 2013 12:15 (UTC +04:00)

Bakı – APA. AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanan “Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi çapdan çıxıb.

Muzeyin elmi katibi İlahə İbrahimovanın APA-ya verdiyi məlumata görə, Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə hazırlanmış çoxcildliyin tərtibçisi və ön sözün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlıdır.

Toplunun I cildinə Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912-1925-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, şeirlər, II cildinə Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1926-1930-cu illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar, böyük sənətkara həsr edilmiş bir neçə şeir IV cildinə böyük dramaturqa bəraət veriləndən sonra, yəni 1956-1961-ci illərdə dövri mətbuatda çap olunmuş yazılar, V cildinə 1962-1963-cü illərdə Cavid şəxsiyyəti və yaradıcılığı barədə dövrü mətbuatda çap olunmuş məqalə, rəy və xatirələr, VI cildinə 1964-1970-ci illərdə dövrü mətbuatda işıq üzü görmüş elmi, publisistik və bədii materiallar, VII cildinə Hüseyn Cavidin yaradıcılığı, dövrü, ədəbi mühiti və şəxsiyyəti, teatrı haqqında oçerk və məqalələr, xatirələr, rəylər, VIII cildinə 1975-1981-ci illərdə Cavidşünasların məqalələri, IX cilddə böyük şair-dramaturqun yaradıcılığı ilə bağlı araşdırmalar, X cildinə 1983-cü ildə Azərbaycan mətbuatında Hüseyn Cavid haqqında dərc olunmuş yazılar daxil edilib.

Toplu dəyərli bir mənbə kimi Cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR