Akademik Tofiq Hacıyevin “Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” kitabı işıq üzü görüb

Akademik Tofiq Hacıyevin “Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” kitabı işıq üzü görüb
# 23 sentyabr 2014 08:01 (UTC +04:00)

Bakı - APA. AMEA Folklor İnstitutu tərəfindən tanınmış qorqudşünas, akademik Tofiq Hacıyevin “Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” kitabı çap olunub.

İnstitutdan APA-ya verilən məlumata görə, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktorları AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) və fil.ü.f.d. Nail Qurbanovdur.

Kitabda “Dədə Qorqud Kitabı”, “Bədii quruluşu haqqında müxtəsər söz”, “Dədə Qorqud Kitabı” oğuz tarixinin yazılı dərsliyi kimi”, “Bir daha Qorqudun kimliyi haqqında”, “Əski türk demokratiyası “Dədə Qorqud”un gözü ilə”, “Kitabda Oğuz ailəsi”, “Dədə Qorqud dünənimizin keçmişidir”, “Şumer mifləri və “Dədə Qorqud” Kitabı”, “Dədə Qorqud Kitabı” ədəbi-bədii hadisə kimi”, “Kitab”ın dilinin iki sintaktik xüsusiyyəti”, “Həmişəyaşar Dədə Qorqud ədəbiyyatı” və s. bölümlərdən, zəngin ədəbiyyat siyahısından ibarətdir.

Kitab “Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasının 200 illiyinə həsr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR