Azərbaycan Yazıçılar Birliyində “Aybkitab.az” saytının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyində “Aybkitab.az” saytının təqdimatı keçirilib
# 10 sentyabr 2014 13:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) “Aybkitab.az” saytının təqdimat mərasimi keçirilib.

APA - nın məlumatına görə, saytın baş redaktoru, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, “Aybkitab.az” özündə bir neçə istiqaməti birləşdirən böyük layihədir.

O qeyd edib ki, bu loqo altında kitabların çap olunması, müəlliflərə qonorarların verilməsi, yeni müəlliflərin oxuculara tanıdılması, bölgələrdə imza günlərinin keçirilməsi və s. məsələlər əhatə olunub.

“Bu, Yazıçılar Birliyinin layihəsi olsa da, müstəqil təşkilatlar, nəşriyyatlar bizə dəstək verəcək. Məsələn, “Vektor” nəşriyyatı, “Yazıçı” nəşriyyatı, “Yayım Assosiasiyası” və “Kitabevim.az” şirkətləri kitabların çapına və ölkə miqyasında yayımına dəstək olacaq. Bu gün təqdimatını həyata keçirdiyimiz sayt bizim yeni layihənin tərkib hissələrindən biridir”, - deyə o vurğulayıb.

X. Rza əlavə edib ki, yeni layihəyə əsasən, “Aybkitab.az” saytından başqa “Ayb.tv” internet televiziyası, habelə rusdilli yazarlar və oxucular üçün “Aybru.az” saytı yaradılacaq: “Hazırda bu istiqamətdə iş gedir. Bütün bu saytlar və televiziya vahid “Ayb.az” saytında birləşəcək”.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi isə vahid loqo altında kitabların çap olunmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu addımla kitabların pərakəndə çapına son qoyulacaq.

İ. Fəhmi əlavə edib ki, oxucular üçün açıq olan “aybkitab.az” saytı kitabların təbliğində vacib rol oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR