Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu dəfn olunub

Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu dəfn olunub
# 19 iyul 2014 15:08 (UTC +04:00)

«Azərbaycan» jurnalının baş redaktorunun müavini, tənqidçi Əsəd Cahangirin APA-ya verdiyi məlumata görə, A. Əmrahoğlu ilə evində vida mərasimi keçirilikdən sonra mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində AYB-nin sədri, xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, xalq şairi Fikrət Qoca, millət vəkili Nizami Cəfərov, AYB-nin, Bakı Dövlət Universitetinin və Ədəbiyyat İnstitutunun kollektivi iştirak edib.

Ə. Cahangir bildirib ki, akademik İ. Həbibbəyli, millət vəkili N. Cəfərov və AYB-nin katibi Rəşad Məcid vida nitqi söyləyiblər.

Qeyd edək ki, A. Əmrahoğlu bu gün mədə xərçəngindən dünyasını dəyişib.

A. Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifi olub. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR