Bakıda Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə tədbir keçirilib

Bakıda Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə tədbir keçirilib
# 13 fevral 2015 18:09 (UTC +04:00)

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Z.Yaqubun Azərbaycan ədəbiyyatında tutduğu mövqeyindən, yaradıcılığından bəhs edib, şairin poeziyasının milli ruhun təbliğinə, milli özünüdərkə xidmət etdiyini bildirib.

Professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, xalq yazıçısı Mövlud Süleymanlı, tənqidçi Əsəd Cahangir və başqaları Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı yerindən danışıblar.

Tədbirdə iştirakçılar şairin yaradıcılığını özündə əks etdirən “Sözün Zəlimxan zirvəsi” adlı kitab sərgisi ilə də tanış olublar. Sərgidə 150-dən artıq kitab nümayiş olunub.

Qeyd edək ki, “Mənə ümid kimi bax” şeirlər toplusu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR