Bu gün yazıçı Elçinin əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşasının premyerası keçiriləcək

Bu gün yazıçı Elçinin əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşasının premyerası keçiriləcək
# 15 mart 2013 13:57 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilmiş “Sənətkarın taleyi” tamaşasının premyerası keçiriləcək. APA-nın məlumatına görə, aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edən “Sənətkarın taleyi” tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədir. Tamaşada xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Firdovsi Atakişiyev, Cəfər Əhmədov və digər aktyorlar rol alıblar.

“Sənətkarın taleyi” tamaşasının premyerası bu gün və sabah baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR