Ədəbiyyat İnstitutunun direktoru: “Xalidə Xalidin işi ilə bağlı müvafiq qərar verəcəyik”

Ədəbiyyat İnstitutunun direktoru: “Xalidə Xalidin işi ilə bağlı müvafiq qərar verəcəyik”
# 25 iyun 2013 09:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında bildirib ki, istənilən elmi müəssisdə rəhbərliyin icazəsi olmadan xaricə səfər etmək məsuliyyət tələb edir.

Onun sözlərinə görə, həmin elmi müəssisənin, institutun müvafiq şöbələri buna görə intizam məsuliyyəti daşıyır: “İntizam məsuliyyəti güclənərsə, bir də belə hallar yaşanmaz. Bu hallardan bəzən Azərbaycanın milli maraqlarına qarşı istifadə olunur. İstəyirəm ki, beynəlxalq səviyyəli məsələlərə elə beynəlxalq müstəvidə də yanaşılsın. Beynəlxalq hüquq normalarına uyğun yanaşılsa, inanıram ki, bir də belə hallar yaşanmayacaq”.

Xalidə Xalidin işinə qayıtması məsələsinə gəlincə, İ.Həbibbəyli qeyd edib ki, hələ ki instituta yeni təyin olunduğundan, bu məsələlərlə məşğul olmayıb. Onun sözlərinə görə, müvafiq tədbir həyata keçiriləcək: “İşçilərin yoxlanması, intizam məsələsi ilə məşğul olmuşuq. Xalidə Xalidin işə gəlib-gəlməməsi ilə bağlı ayrıca məşğul olub müvafiq qərar verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR