Əlyazmalar İnstitutu Cənubi Azərbaycan şairi Sabit Əndəbilinin lirik şeirlər divanının surətini əldə edib

Əlyazmalar İnstitutu Cənubi Azərbaycan şairi Sabit Əndəbilinin lirik şeirlər divanının surətini əldə edib
# 09 mart 2013 08:10 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu Təbriz Mərkəzi Kitabxanasından XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairi Sabit Əndəbilinin lirik şeirlər divanının surətini əldə edib.

İnstitutun direktor əvəzi Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, divanda şairin 1500 beytə yaxın fars və türk dillərində yazdığı şeirlər toplanıb: “Görkəmli alim Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» əsərində məlumat verir ki, S. Əndəbili Cənubi Azərbaycanın Rüdəqat mahalındakı kəndlərdən olan Əndəbildə doğulub, Təbrizdə yaşayıb. Əlyazmanın üzərindəki möhürdən görünür ki, əsər görkəmli tədqiqatçı və kolleksiyaçı Hacı Məhəmməd ağa Naxçıvaniyə məxsus olub. Farsca şairlərin içində Şeyx Fəridəddin Əttarın, Sədi Şirvaninin, Fətəli şah Qacarın, Şah Nemətullahın, Nazim adlı şairin şeirləri də var. Buraya S. Əndəbilinin Qacar hökmdarı Nəsrəddin şaha (hakimiyyət illəri: 1848-1896) həsr etdiyi şeir də daxil edil­ib”.

P. Kərimov deyib ki, Sabit Əndəbilinin Azərbaycan dilindəki şeirləri onun lirik mövzuda yazdığı qəzəllə­rin­dən, müəmmalarından, sinəzən və növhələrindən ibarətdir. Şairin şeirləri dilinin sadəliyi, canlı danışıq elementlərindən istifadə etməsi ilə seçilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR