Fikrət Qocanın əməliyyat edilməsinə ehtiyac olmayıb, şairin səhhəti yaxşılaşıb

Fikrət Qocanın əməliyyat edilməsinə ehtiyac olmayıb, şairin səhhəti yaxşılaşıb
# 16 fevral 2015 08:17 (UTC +04:00)

Şairin qardaşı, tərcüməçi Hamlet Qocanın APA-ya verdiyi məlumata görə, F. Qoca bu gün reanimasiya şöbəsindən palataya köçürüləcək: “Əməliyyata ehtiyac olmayıb, ürək damarlarını təmizləyiblər, indi özünü yaxşı hiss edir. Bu gün palataya köçürüləcək, yəqin palatada iki gündən artıq saxlamazlar. Ən gec üç günə biz də yolunu gözləyirik”.

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq İstanbula aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR