Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu – “İyirmi şeir” kitabı işıq üzü görüb.
Tərcümədən APA-ya bildirilib ki, Kolumbiya Milli Nəşriyyatında ərsəyə gəlmiş kitaba Nizami Gəncəvi, İmadəddin Nəsimi, müasirlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz və sair şairlərin şeirləri daxil edilib.
Şeirləri ispan dilinə Ramizə Həsənova, Azərbaycan dilinə Emin Ələsgərov tərcümə edib.