Milli Kitab Mükafatının “20-liyi” açıqlanıb

Milli Kitab Mükafatının “20-liyi” açıqlanıb
# 01 mart 2013 13:10 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Bu gün Milli Kitab Mükafatının Ekspert Şurası müsabiqənin “20-liyini” açıqlayıb.

APA-nın verdiyi məlumata görə, müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-i nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır.

Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər.

Qeyd edək ki, martın 15-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR