Vaqif Arzumanlı Xudatda dəfn olunub

Vaqif Arzumanlı Xudatda dəfn olunub
# 10 iyul 2014 11:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Professor Vaqif Arzumanlı dəfn olunub.

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Asif Rüstəmlinin APA-ya verdiyi məlumata görə, V.Arzumanlı öz vəsiyyəti ilə Xudatdakı “Şıxlar” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, xalq şairi Sabir Rüstəmxanlı və Ədəbiyyat İnstitutunun kollektivi iştirak edib.

Qeyd edək ki, V.Arzumanlı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, iyulun 9-da Nabrandakı bağ evində vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR